İsrail Silahlı Qüvvələrinin Dəməşqə hava zərbələri nəticəsində azı 13 nəfər yaralanıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat verib.

Daha əvvəl Suriya KİV-i məlumat yaymışdı ki, İsrail Hərbi Hava Qüvvələri Dəməşqdə Prezident sarayı və Müdafiə Nazirliyinin binasına zərbələr endirib.