Dörd gün əvvəl itkin düşən Hacıqabul sakininin meyiti Şirvan kanalından tapılıb.

“Sizinxeber.az”un Aran bürosunun məlumatına görə, Baş Şirvan Kollektorunun rayon ərazisindən keçən hissəsində Padar kənd sakini, 1934-cü il təvəllüdlü Salahov Süleyman Xanəhməd oğlunun meyiti aşkarlanıb.

Qeyd edək ki, S.Salahov iyulun 27-də evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.