Maskın “X”i ilsonunadək Texasın paytaxtında 100 məzmun moderatoru işə götürmək niyyətindədir
“X” (azərb. “eks”, keçmiş tviter) sosial şəbəkəsi ABŞ-nin Texas ştatının paytaxtı Ostində uşaqlara qarşı zorakılıq ehtiva edən məzmunla mübazirəyə yönələcək yeni ofisinə yüz kontent moderatorunu işə götürməyi planlaşdırır. Şirkət bu məqsədə cari ilin sonunadək nail olmağa ümid edir.
“Report” ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin icraçı direktoru Linda Yakkarino bildirib.
Amerikalı sahibkar İlon Maska məxsus şirkət yanvarın 31-də ABŞ Senatında uşaqların onlayn cinsi istismarı ilə bağlı dinləmələr öncəsi yeni “Mükəmməliyin etibar və təhlükəsizliyi Mərkəzi”nin yaradıldığını elan edib. Yakkarino “Meta Platforms”, “Snap”, “TikTok” və “Discord” rəhbərləri ilə birlikdə ifadə verməlidir.
“Hazırda komanda formalaşır”, – Ostindəki ofisi nəzərdə tutan “X”in biznes əməliyyatları şöbəsinin müdiri Co Bennarok söyləyib.
Xatırladaq ki, Mask 2022-ci ildə əvvəllər tviter kimi tanınan şirkəti aldıqdan sonra milyarder öz mübahisəli yazılarına və platformanın kontent moderasiyası siyasətlərini əsaslı şəkildə dəyişmək səylərinə görə tənqid olunur.
Cümə günü “X” keçən il uşaqların cinsi istismarını yasaqlayan qaydaları pozduğuna görə 12,4 milyon hesabı əngəllədiyini, bunun 2022-ci illə müqayisədə 2,3 milyon əngəlləmə daha çox olduğunu açıqlayıb.
Platforma vurğulayıb ki, Ostindəki yeni mərkəz şirkətə digər zərərli məzmun növləri ilə də mübarizə aparmağa kömək edəcək.
Oxşar xəbərlər
İlon Mask narkotik istifadə etməkdə şübhəli bilinir
Zukerberq “Meta”nın səhmlərini təxminən yarım milyard dollara satıb
“TikTok” 345 milyon avro cərimələndi
“Blu TV” rəsmən satıldı – Yeni sahibi kimdir?
“Tesla” ilin əvvəlindən bəri bazar dəyərini 94 milyard dollar itirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













