Zukerberq “Meta”nın səhmlərini təxminən yarım milyard dollara satıb
sizinxeber.az xəbər saytı

Zukerberq “Meta”nın səhmlərini təxminən yarım milyard dollara satıb


“Meta Platforms”un baş icraçı direktoru Mark Zukerberq 2023-cü ilin dördüncü rübündə təxminən 428 milyon ABŞ dolları dəyərində şirkətin səhmlərini satıb.

“Report” bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

Qeyd olunub ki, bu, onun iki il ərzində ilk səhm satışıdır. Bu, şirkətin səhmlərinin qiymətinin son 7 ildə ən aşağı səviyyəyə enməsi fonunda baş verib. Bazar tənzimləyicisinin hesabatına görə, Zukerberq noyabrın 1-dən ilin sonuna qədər olan dövrdə hər ticarət günü səhm satıb. Bu dövr ərzində “Meta Platforms”un təxminən 1,28 milyon səhmi satılıb.

M.Zukerberq orta hesabla hər satışdan 10,4 milyon ABŞ dolları gəlir əldə edib. Ən yüksək gəliri (17,1 milyon ABŞ dolları məbləğində) isə şirkət rəhbəri dekabrın 28-də əldə edib.

Bütövlükdə, M.Zukerberq "Meta"nın təxminən 13 % səhmlərinə sahibdir. Onun sərvəti təxminən 125 milyard ABŞ dolları dəyərindədir, bu isə, M.Zukerberqi dünyanın yeddinci ən zəngin adamı edir.

Oxşar xəbərlər

Rusiyalı milyarderlərin sərvəti 2023-cü ildə 50 milyard ABŞ dolları artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın tomat ixracından gəliri 68 %-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Meta”dan “Instagram” və “Facebook”da reklamlardan bezənlər üçün təklif [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən il Türkiyədən Azərbaycana məhsul ixracı 8 %-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milyarder “Mançester Yunayted” klubunun səhmlərinin 25%-ni alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər