“X” sosial şəbəkəsi Braziliyada fəaliyyətini dayandırır
sizinxeber.az xəbər saytı

“X” sosial şəbəkəsi Braziliyada fəaliyyətini dayandırır


İlon Maska məxsus “X” sosial şəbəkəsi işçiləri üçün təhdidlərə görə Braziliyadakı ofisini bağlayır.

“Report”un xəbərinə görə, bu barədə şirkətin sosial şəbəkədə dərc olunan məlumatında deyilir.

"İşçilərimizin təhlükəsizliyini təmin etmək üçün Braziliyadakı fəaliyyəti dərhal dayandırmaq qərarına gəldik", - qurumdan bildirilib.

Məlumata görə, X şirkətinə braziliyalı hakim Aleşandri de Moraysin gizli qərarı daxil olub. O, nümayəndəliyin hüquq məsləhətçisini müəyyən hesabların bloklanması əmrini yerinə yetirmədiyi təqdirdə həbs edilməklə hədələyib.

Şirkətin məlumatına görə, lakin sosial şəbəkə Braziliya istifadəçiləri üçün əlçatan olacaq.

Oxşar xəbərlər

“SpaceX” ABŞ kəşfiyyatı üçün casus peyklər şəbəkəsi yaradır
“TikTok” bağlanılmalıdır! - Jurnalist təşkilatı məhkəməyə üz tutdu
Qusarda sosial şəbəkə üçün video çəkən sürücü qəza törədərək ölüb
Bakıda öz övladını sosial şəbəkədə satışa çıxaran ananın azyaşlı uşağı əlindən alınıb
Avropa Komissiyası “X” sosial şəbəkəsinə qarşı araşdırmaya başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle