"Azercell" "GiqaAddım" ilə addımları internetə çevirir!
Daha çox addımla, daha çox internet qazan!
"Azercell Telekom" MMC ilk dəfə olaraq fiziki aktivliyi rəqəmsal mükafatlarla birləşdirən innovativ "GiqaAddım" kampaniyasına start verir. Təşəbbüs sağlam həyat tərzinin və gündəlik fiziki aktivliyin təşviqini hədəfləyir. İndi "Azercell" abunəçilərinə gündəlik atdıqları addımlar müqabilində mobil internet qazandırır.
Belə ki, "GiqaAddım" kampaniyası çərçivəsində mobil operator gün ərzində 10.000 addım atan abunəçilərinə 1GB internet hədiyyə edir. Bu hədəfə 7 gün ardıcıl çatan abunəçilərə isə 5GB internet təqdim edilir.
Kampaniya tamamilə rəqəmsal şəkildə "Azercell" mobil tətbiqi üzərindən idarə olunur. Kampaniyada iştirak etmək üçün abunəçilər "Azercell" mobil tətbiqini yeniləməli, daha sonra "İndi qoşul" bölməsi vasitəsilə cihazlarında "Sağlamlıq" tətbiqinə giriş icazəsi verməlidirlər. Abunəçilər atdıqları addımları və bonusları izləmək üçün mütəmadi olaraq "Azercell" tətbiqinə daxil olmalıdırlar.
Gündəlik və həftəlik hədəflər tamamlandıqdan sonra bonusları birbaşa tətbiq üzərindən aktiv etmək mümkündür. Qazanılmış internet paketləri aktivləşdirildiyi andan etibarən 24 saat müddətində etibarlı olacaq.
"GiqaAddım" kampaniyası fakturasız xətt üzrə "DigiMax" və "Premium+", fakturalı xətt üzrə isə "SuperSən" və "Premium" tarif abunəçiləri üçün təqdim olunur.
Oxşar xəbərlər
Azercell “GiqaAddım” ilə addımları internetə çevirir!
"Azercell" “iPhone 16”nı təqdim edir
"Azercell Telecom"dan xüsusi "OPPO" kampaniyası!
"Azercell" eSIM-ə keçidi tam rəqəmsallaşdırdı!
"Azercell Telecom" bəzi internet paketlərində sürəti və həcmi artırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
