BTİ Regional Akselerasiya Mərkəzinin yaradılması ilə bağlı saziş təsdiq edilib
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında BTİ Regional Akselerasiya Mərkəzinin yaradılması ilə bağlı Əməkdaşlıq Sazişi təsdiq edilib.
APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərmanı imzalayıb.
Saziş 2025-ci il oktyabrın 30-da Cenevrə şəhərində və noyabrın 14-də Bakı şəhərində imzalanıb.
Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Beynəlxalq Telekommunikasiya İttifaqına bildiriş göndərməlidir.
Oxşar xəbərlər
Regional Akselerasiya Mərkəzinin yaradılmasına dair Əməkdaşlıq Sazişi təsdiq edilib
Azərbaycanla Rusiya arasında Şimal-Cənub dəhlizi ilə bağlı Saziş təsdiqlənib
Azərbaycanla İordaniya arasında böhranların idarə edilməsinə dair Saziş təsdiqlənib
Azərbaycanla Somali arasında təhsil sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib - FƏRMAN
Azərbaycan DİN ilə Özbəkistan Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
