Xaricdə təqaüdlə təhsil alanların məlumatları “mygov”a inteqrasiya olunub
“mygov” platformasının platformanın təhsil və tibb bölmələrinə yeni məlumatlar əlavə olunub.
Bu barədə "APA-Economics"ə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlığı nəticəsində Xaricdə Dövlət Proqramı və Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində təhsil alan şəxslərin təhsil məlumatları artıq “mygov” platformasında əlçatan olub. İstifadəçilər məlumatlarla həm veb, həm də mobil tətbiq üzərindən tanış ola, onları sənəd formasında yükləyə və digər tərəflərlə paylaşa bilərlər. Sözügedən məlumatlar platformanın “Təhsil” kateqoriyasında yer alır.
Bundan başqa, “Övladlarımın peyvənd məlumatları” bölməsinə yeni məlumatlar əlavə edilib. Belə ki, vətəndaşlar bölmənin “Peyvənd təqvimi” hissəsində övladlarının yaş dövrünə uyğun vurulmalı peyvəndlərin siyahısı barədə ətraflı məlumat əldə edə biləcəklər. Məlumatlar həm veb, həm də mobil versiya üzərindən əlçatandır.
Əlavə olaraq, İRİA-nın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB ilə birgə əməkdaşlığı nəticəsində “mygov” platformasına xəstəlik tarixçəsi (epikriz) məlumatları inteqrasiya olunub. Vətəndaşlar bu bölmədə anamnestik məlumatlar, müayinələrin nəticələri, diaqnozlar, tətbiq edilmiş müalicə tədbirləri və tibbi tövsiyələrlə tanış ola, həmçinin həmin məlumatları yükləyə bilərlər.
Qeyd edək ki, bu məlumatlara veb sayt üzərindən “Tibb məlumatlarım” bölməsi, mobil tətbiqdə isə “Sağlamlıq” kateqoriyası vasitəsilə rahat şəkildə çıxış imkanı mövcuddur.
Oxşar xəbərlər
Daha 4 istiqamət üzrə məlumatlar "mygov"a inteqrasiya edilib
Hərbi xidmətlə bağlı məlumatlar “mygov"a inteqrasiya olunub
Bakalavr və magistratura üzrə buraxılış vərəqələrini "mygov" üzərindən almaq mümkün olub
“mygov”un yenilənmiş versiyası təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Rəqəmsal inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir: Yeni mərhələnin hədəfləri nədir? - TƏHLİL
-
BMT süni intellektin fəlakətli nəticələri barədə xəbərdarlıq edib
