Fərid Osmanov: “Kibertəhlükəsizlik Mərkəzinin məqsədi gələcəyin mütəxəssislərini yetişdirməkdir”
Kibertəhlükəsizlik Mərkəzinin məqsədi təkcə bu günün deyil, gələcəyin mütəxəssislərini yetişdirməkdir.
“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov İsrailin “Technion” Texnologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində yaradılmış Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində sayca beşinci “Məzun Günü”ndə bildirib.
O, dünyada sürətlə baş verən rəqəmsallaşma prosesləri fonunda kibertəhlükəsizliyin əhəmiyyətinin artdığını bildirib.
“Mobil telefonlardan tutmuş ödəniş sistemlərinə qədər bütün həyatımız rəqəmsal texnologiyalarla əhatə olunub. Lakin bu inkişafla paralel olaraq müəyyən risk və təhlükələr də meydana çıxır. Ona görə də dövlət qurumlarının, özəl sektorun və fərdi istifadəçilərin kibertəhlükəsizlik məsələlərinə ciddi önəm verməsi vacibdir”, - F. Osmanov qeyd edib.
Oxşar xəbərlər
Fərid Osmanov: “Azərbaycanda rəqəmsal inkişafın sürətlənməsi kibertəhlükəsizlik üzrə kadrlara tələbatı artırır”
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 %-i öz ixtisası üzrə işə başlayıb
İRİA: Azərbaycanda yerli kibertəhlükəsizlik məhsullarının inkişafı bu sahənin dayanıqlı inkişafını dəstəkləyə bilər
Azərbaycanın İsraillə birgə yaratdığı Kibertəhlükəsizlik Mərkəzindən daha 100 nəfər məzun olub
Fərid Osmanov: “Azərbaycan onlayn xidmətlər sahəsində inkişaf etməkdə olan ölkələrdən irəlidədir”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












