Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının tədbirində iştirak edib
Azərbaycan İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (WSIS)+20 Yüksək Səviyyəli Tədbiri 2025” çərçivəsində təşkil edilən nazirlərin dəyirmi masasında iştirak edib.
“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
“BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində Azərbaycanın 9 pillə irəlilədiyini, elektron hökumətin çox sürətlə inkişaf etdiyi ölkə statusuna nail olduğunu, qlobal Kibertəhlükəsizlik İndeksində MDB ölkələri arasında Ii yerdə qərarlaşdığını diqqətə çatdırdıq. Region dövlətlərindən ilk dəfə məhz Azərbaycanın Milli Süni İntellekt Strategiyası hazırladığını bildirdik”,-deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan İTU ilə Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına hazırlıq prosesini müzakirə edib
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Azərbaycan “Global CyberDrill 2025” tədbirində təmsil olunub
Fərid Osmanov: “Azərbaycan onlayn xidmətlər sahəsində inkişaf etməkdə olan ölkələrdən irəlidədir”
Azərbaycan nüfuzlu beynəlxalq reytinqdə tarixi göstəriciyə nail olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













