HDQ komandanı "SAHA 2026" sərgisində müasir hərbi dəniz sistemləri ilə tanış olub
sizinxeber.az xəbər saytı

HDQ komandanı "SAHA 2026" sərgisində müasir hərbi dəniz sistemləri ilə tanış olub


Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı Şahin Məmmədov Türkiyənin İstanbul şəhərində keçirilən "SAHA 2026" müdafiə və aerokosmik sərgisində iştirak edib.

"Sizinxeber.az"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, o, Azərbaycan nümayəndə heyəti ilə birlikdə müxtəlif stendləri ziyarət edərək yeni texnologiyalar barədə məlumat alıb.

Ş.Məmmədov sərgidə nümayiş etdirilən müasir hərbi dəniz sistemləri və müdafiə sənayesi məhsulları ilə yaxından tanış olub.

HDQ komandanı sərgidə Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev ilə də görüşüb. Görüşdə Azərbaycan müdafiə sənayesinin inkişaf perspektivləri, hərbi-texniki əməkdaşlıq imkanları və yeni layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Onlar, həmçinin müasir hərbi texnologiyaların tətbiqi və dəniz qüvvələrinin potensialının gücləndirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Oxşar xəbərlər

Vüqar Mustafayev İstanbulda "SAHA 2026" sərgisində iştirak edir
Vüqar Mustafayev Türkiyədə müdafiə sənayesində yeni texnologiyaların tətbiqini müzakirə edib
“IDEF 2025”-də imzalanma mərasimi keçirilib
İstanbulda "SAHA 2026" Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi keçirilir
Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər