Bayraqdar: Qarabağ savaşından sonra "Baykar"a yönələn sanksiyalar istehsalı xeyli sürətləndirdi
sizinxeber.az xəbər saytı

Bayraqdar: Qarabağ savaşından sonra "Baykar"a yönələn sanksiyalar istehsalı xeyli sürətləndirdi


Qarabağ müharibəsindən sonra "Baykar" şirkətinə qarşı qeyri-rəsmi şəkildə tətbiq olunan sanksiyalar və məhdudiyyətlər yerli istehsalın inkişafını sürətləndirib, bu çətinliklər isə Türkiyəyə silah ehtiyacını özünün təmin etmə prosesinə təkan verib.

"Report"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu "Baykar" şirkətinin Texnologiya Direktoru (CTO) Səlcuq Bayraqdar SAHA 2026-da jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müasir savaş texnologiyalarının inkişafı pilotsuz uçuş aparatlarının (PUA) döyüş meydanındakı rolunu xeyli artırıb:

"Son illərdə müharibə anlayışı əhəmiyyətli dərəcədə dəyişib. Xüsusilə, hərbi əməliyyatların daha uzaq məsafədən və təhlükəsiz şəkildə idarə olunmasına imkan yaradılıb. Türkiyə artıq dünyada aparıcı PUA istehsalçılarından birinə çevrilib, yerli imkanlar hesabına inkişaf etdirilən yeni silah sistemləri ölkənin strateji müstəqilliyinə töhfə verir".

S.Bayraqdar gələcəkdə daha inkişaf etmiş texnologiyalarla Türkiyənin müdafiə qabiliyyətinin gücləndirilməsi prosesinin davam etdiriləcəyəni də vurğulayıb.

Oxşar xəbərlər

Mehmet Fatih Kacır: Türkiyə müdafiə sənayesində yerli istehsalın payı 80 %-i ötüb
Haluk Bayraktar: Azərbaycanla Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlığı daha da gücləndirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər