Mütəxəssis: Valideyn autizmli övladının nitqinin inkişafını istəyirsə, onunla danışarkən konkret olmalıdır
Valideynlər autizmli övladının nitqində və qavramasında irəlliləyiş əldə etmək istəyirlərsə, övladları ilə qısa və lakonik danışmalıdır.
"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova canlı yayımda deyib.
Onun sözlərinə görə, autizm sindromlu uşaqların sağalma müddətində mütəxəssislər qədər valideynlərin də rolu böyükdür:
"Bu prosesin dinamikasında valideyinlərin rolu danılmazdır. Onlar uşaqlarla ünsiyyət qurarkən gəl, götür, alma, baba və s. kimi qısa kəlmələrdən istifadə edərək anlaşıqlı cümlələrdən istifadə etməlidir. Uşağın bacarıqlarının formalaşa bilməsi üçün o özünə qulluq vərdişlərini bilməlidir. Bu səbəbdən autizm sindromlu uşaqlara onların edə biləcəyi kiçik işlər tapşırmaq lazımdır".
Qeyd edək ki, bu gün 2 aprel Ümumdünya Autizm Maarifləndirmə Günüdür. Hazırda Azərbaycanda 5 min autizm sindromlu əlilliyi olan şəxs var. Aparılmış tədqiqatlara əsasən dünya əhalisinin təxminən 1%-i, yəni 70 milyona yaxın insan autizmlidir.
Oxşar xəbərlər
Azərbaycanda 5 min autizm sindromlu əlilliyi olan şəxs var
Ana bətnindəki uşağı autizmdən qoruyan məhsul
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
-
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
