Bu ilin altı ayı ərzində Azərbaycanda 61 böyrək, 54 qaraciyər köçürülüb
Bu ilin altı ayı ərzində Azərbaycanda 61 böyrək, 54 qaraciyər köçürülməsi əməliyyatı icra olunub.
“Sizinxeber.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.
Onun sözlərinə görə, 21 nəfərə sümük iliyi, 49 nəfərə gözün buynuz qişası köçürülüb: “Bütün rəqəmlər keçən illə müqayisədə artıb”.
Mərkəz sədri bildirib ki, bu gün ölkədə 600-ə yaxın şəxs orqan köçürülməsi ilə bağlı donor gözləyir: “Hazırda ölkədə ən çox böyrək köçürülməsi əməliyyatına ehtiyac var. Belə ki, bu gün dializ alan şəxslərin sayı 4 mindir. İkinci sırada sümük iliyi transplantasiyasına ehtiyacı olan qan xəstələri gəlir. Bu köçürülmə üçün mütləq canlı donor lazımdır”.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
