Daha üç tibb müəssisəsində elektron növbə sistemi qurulub
Daha üç tibb müəssisəsində - Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında və Lənkəran Rayon Mərkəzi Xəstəxanasında elektron növbə sistemi qurulub.
"Report" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd olunub ki, mərhələli şəkildə icra olunan bu proses adıçəkilən tibb müəssisələrində yekunlaşıb.
Tibb müəssisələrində quraşdırılan yeni sistem sayəsində qəbul zamanı yaranan sıxlıq müəyyən qədər aradan qaldırılacaq, insanlar vaxt itkisi olmadan növbəyə yazılacaq və rahatlıqla tibbi xidmətlərdən yararlanacaqlar. Burada elektron növbə monitorlarının quraşdırılması canlı növbənin idarə edilməsinə dəstək verəcək, növbə prosesinin ardıcıllığına nəzarəti təmin edəcək.
Qeyd edək ki, artıq ölkə üzrə 20-dən çox tibb müəssisəsində elektron növbə monitorları quraşdırılıb, elektron növbə sistemi tam işlək vəziyyətə gətirilib.
Oxşar xəbərlər
Qobustan Rayon Mərkəzi Xəstəxanası elektron növbə sisteminə keçid edəcək
TƏBİB-in direktoru: Xəstəxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi üzərində işlər aparılır
TƏBİB bəzi tibb müəssisələrinin elektron qeydiyyat sistemində yaranan fasilələrə aydınlıq gətirib
TƏBİB: Bəzi tibb müəssisələrinin elektron qeydiyyat sistemindəki texniki nasazlıq aradan qaldırılıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
