ABŞ-da qızılcanın sayı rekord həddə çatıb
ABŞ-da qızılca xəstəliklərinin sayı son 25 ilin rekord səviyyəsinə çatıb.
"Report"un məlumatına görə, bu barədə "New York Times" qəzeti yazır.
Qəzetin istinad etdiyi Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri tərəfindən dərc edilmiş məlumatlara əsasən, ABŞ-da 2025-ci ildə virusun 2000-ci ildə məhv edildiyi elan edildikdən sonra hər hansı digər ildəkindən daha çox qızılca xəstəliyi halı qeydə alınıb.
Qeyd olunur ki, 2025-ci ildə qızılca yoluxma hallarının əksəriyyəti ölkənin cənub-qərbində baş verib. Ümumilikdə 1 288 nəfərdə qızılca halları aşkar edilib, onların 92%-i əvvəllər peyvənd olunmayıb.
Qızılca ən yoluxucu virus xəstəliklərindən biridir. O, uşaq xəstəliyi hesab olunur, lakin böyüklər də ona məruz qala bilərlər. İnfeksiya hava-damcı yolu ilə ötürülür. Qızılca otit, meningit və ensefalit kimi fəsadlara yol aça, hətta ölümlə nəticələnə bilər.
Oxşar xəbərlər
Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb
Monqolustanda qızılcaya yoluxanların sayı 13-ə yüksəlib
Texasda qızılcaya təsdiqlənmiş yoluxma sayı 481-ə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
