Bakıda leysan olacaq - XƏBƏRDARLIQ
sizinxeber.az xəbər saytı

Bakıda leysan olacaq - XƏBƏRDARLIQ


Aaprelin 13-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında, 14-ü axşam isə şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 15-dən isə hava şəraitinin daha da kəskinləşəcəyi, yağıntıların intensiv və güclü olacağı gözlənilir.

Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var. Böyük və Kiçik Qafqazın, Naxçıvan MR-nın və Lənkəran-Astara zonasının ərazisindən axan bəzi çaylarda daşqın və sel riski daha yüksəkdir.

Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq fasilələrlə yağış yağacağı, bəzi ərazilərdə leysan xarakterli olacağı gözlənilir. 16-da isə yağıntıların daha intensiv olacağı ehtimalı var.

Oxşar xəbərlər

Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, leysan və qar yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda yağış yağacaq, leysan olacaq, temperatur 4-6 dərəcə enəcək - XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Temperatur enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bəzi çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər