Bakıda gözlənilən qarlı havaya görə icra hakimiyyətlərinə tapşırıqlar verilib
sizinxeber.az xəbər saytı

Bakıda gözlənilən qarlı havaya görə icra hakimiyyətlərinə tapşırıqlar verilib


Gözlənilən qarlı havalarla bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən rayon icra hakimiyyətlərinə müvafiq tapşırıqlar verilib.

Bu barədə Sizinxeber.az-nın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, şəhər və rayon kommunal xidmətləri həmin günlərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər: “Xidmətlərin maşın və xüsusi texnikaları hazır vəziyyətə gətirilib, növbətçilik təşkil edilib. Qar yağan zaman şəhər mərkəzində bir neçə yerdə duz ehtiyatı yaradılacaq.

Rayonlarda küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikaları cəlb ediləcək.

Oxşar xəbərlər

Bakıda gözlənilən qarlı havaya görə maşın və xüsusi texnikalar hazır vəziyyətə gətirilib
Bakı qışa hazırdırmı? - RƏSMİ
Sumqayıtda qışa hazırlıqla bağlı texnikalara baxış keçirilib - FOTO
Sumqayıt İcra Hakimiyyətinin başçısı sakinlərlə görüşüb
Bakıda rayon icra başçılarına qanunsuz tikililərlə bağlı ciddi xəbərdarlıq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər