Bakı qışa hazırdırmı? - RƏSMİ
sizinxeber.az xəbər saytı

Bakı qışa hazırdırmı? - RƏSMİ


Bu il Azərbaycanda qış ötən illərlə müqayisədə sərt keçəcək. Sinoptik-meteoroloqlar belə hesab edirlər. Onların sözlərinə görə, cari ildə payız mövsümü kimi qışın da sərt keçəcəyi gözlənilir. 
 
 Bəs görəsən paytax Bakımız qışa hazırdırmı? 
 
Mövzu ilə bağlı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən Moderator.az-a bildirdilər ki, bunun üçün artıq göstərişlər də verilib:
"Qışa hazırlıq  payız aylarında başlayır. Ötən ay Bakı Şəhər İcra hakimiyyətində geniştərkibli müavirə keçirildi, rayonlara tapşırıqlar verildi. Bakı şəhərində qarlı qışa hazırlıq  məsələləri müzakirə edilib, texnikalar hazır vəziyətə gətirilib.  Lazımi qədər duz ehtiyatı yaradılıb. Həmin o duz ehtiyatı şəhərin bir neçə ərazisində yaradılıb.
 
 
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda  qış mövsümünə hazırlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayıb. Rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu  işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi  qərara alınıb.
Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə cağırış edilib".
 
Bakı Şəhər İcra Hakimiyyətindən Moderator.az-a  bildirilib ki, Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri davam edir:
 "İlk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb. 
Görülən işlərə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi olaraq rayonlarda qarlı havalara hazırlıq tədbirlərin keçirilməsini təmin edir, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayırlar". 
 

Oxşar xəbərlər

“Bakı Kristal Zalı” bu nazirliyin tabeliyinə verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda magistral xəttin üstündə bina tikildi, istilik kəsildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu idarə ləğv edildi - Fərman [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaqif Əsədovun yerinə TƏYİNAT [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan İcra Hakimiyyətində beş milyon manatlıq mənimsəmə aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər