Bakıda gözlənilən qarlı havaya görə maşın və xüsusi texnikalar hazır vəziyyətə gətirilib
sizinxeber.az xəbər saytı

Bakıda gözlənilən qarlı havaya görə maşın və xüsusi texnikalar hazır vəziyyətə gətirilib


Gözlənilən qarlı hava şəraitilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən rayon icra hakimiyyətlərinə müvafiq tapşırıqlar verilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq BŞİH-dən məlumat verilib.

Bildirilib ki, şəhər və rayon kommunal xidmətləri həmin günlərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər:

"Xidmətlərin maşın və xüsusi texnikaları hazır vəziyyətə gətirilib, növbətçilik təşkil edilib. Qar yağan zaman şəhər mərkəzində bir neçə yerdə duz ehtiyatı yaradılacaq. Rayonlarda küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb ediləcək", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Bakı qışa hazırdırmı? - RƏSMİ
BŞİH: Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib
Sumqayıtda qışa hazırlıqla bağlı texnikalara baxış keçirilib - FOTO
Bakıda ümumşəhər iməciliyi baş tutub
Bakıda küçələri təmizləmək üçün 10 yeni tozsoran alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər