Gəncə-Daşkəsən yolunda qəza baş verib, xəsarət alanlar var
sizinxeber.az xəbər saytı

Gəncə-Daşkəsən yolunda qəza baş verib, xəsarət alanlar var


Gəncə-Daşkəsən yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, hadisə yolun Göygöl rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, "Niva" və "Hundai Sonata" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Ariz Məmmədzadə və 1960-cı il təvəllüdlü Eldar Əliyev müxtəlif bədən xəsarətləri alıblar. Xəstəxanaya çatdırılan yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Oxşar xəbərlər

Gəncə-Daşkəsən yolunda avtomobillər toqquşub, xəsarət alanlar var 
Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var
Gəncədə zəncirvari avtomobil qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB
Göygöldə ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər