Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb
sizinxeber.az xəbər saytı

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb


Son günlər sosial şəbəkələr və digər onlayn platformalarda ucuz qiymətə mebel satışı barədə elanlar yerləşdirilərək vətəndaşlara qarşı çoxsaylı dələduzluq halları qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərində polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı Vüsal Hüseynov müəyyən edilərək tutulub.

Araşdırmalar zamanı məlum olub ki, o, sosial şəbəkələrdə və elan saytlarının birində mebellərin ucuz qiymətə satışı ilə bağlı saxta elanlar yerləşdirib. Bu yolla V.Hüseynov 40-a yaxın şəxsin etibarından sui-istifadə edərək onlara müxtəlif məbləğlərdə maddi ziyan vurub.

DİN-in məlumatına görə, şübhəli şəxs zərərçəkənlərdən beh aldıqdan sonra onlarla əlaqəni kəsib.

Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Sosial şəbəkədə 23 nəfərə ucuz mobil telefon satışı adı altında dələduzluq edən şəxs saxlanılıb
“TikTok”da ucuz telefon satışı adı altında dələduzluq edən şəxs saxlanılıb
Şirvanda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb 
Sosial şəbəkələrdə tanınmışlara qarşı kiberdələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər