Konstitusiya Məhkəməsinin plenumunda prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxılıb
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Bu barədə "Report"a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, məhkəmə iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında Konstitusiyanın 76-cı maddəsinin I hissəsi baxımından Cinayət Məcəlləsinin 321-ci maddəsinin "Qeyd" hissəsinin həmin Məcəllənin 321.1-ci maddəsi, İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi və 606-cı maddəsinin "Qeyd" hissəsinin 2-ci bəndi, habelə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 45-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim X.Vəliyevin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Daxili İşlər Nazirliyi, Bakı Apellyasiya Məhkəməsi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Konstitusiyanın 76-cı maddəsinin I hissəsi və 80-ci maddəsinin hüquqi təyinatından, o cümlədən hüquqi müəyyənlik və qanunçuluq prinsiplərindən, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərdən irəli gələrək Cinayət Məcəlləsinin 321-ci maddəsinin cinayət tərkibinin aydın və birmənalı şəkildə müəyyənləşdirilməsi istiqamətində təkmilləşdirilməsi Milli Məclisə tövsiyə edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Oxşar xəbərlər
Konstitusiya Məhkəməsi məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı qərar qəbul edib
Konstitusiya Məhkəməsinə ötən il 2049 ərizə və şikayət daxil olub
Konstitusiya Məhkəməsinin parlament seçkilərinə dair icraat üzrə iclası sabah olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
