"Bandotdel"dən ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO/VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel") əməkdaşları paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib.
Bu barədə Sizinxeber.az-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirlərlə 1988-ci il təvəllüdlü Aqşin Əmirov, 1986-cı il təvəllüdlü Aida Nəbiyeva və 1979-cu il təvəllüdlü Ramil Axundov saxlanılıblar. Onlardan ümumilikdə 24 kiloqram, o cümlədən 20 kiloqram psixotrop maddə metamfetamin və 4 kiloqram marixuana aşkarlanıb. A.Əmirov, A.Nəbiyeva və R.Axundov sosial şəbəkələrdə tanıdıqları şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə narkotikləri əvvəlcədən müəyyənləşdirilən yerlərdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Baş idarə əməkdaşları tərəfindən paytaxt və bölgələrdə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Paytaxtda əməliyyat keçirilib, üç nəfərdə 24 kiloqram narkotik vasitə aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda saxlanılan 3 nəfərdən 24 kq narkotik götürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran vətəndaşından əldə edilən 41 kiloqram narkotik dövriyyədən çıxarılıb, iki nəfər həbs olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİN əməliyyat keçirib, 70 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı və Salyanda 41 kq narkotik dövriyyədən çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi













