

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi ABŞ yığması ilə toplanış keçir
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi növbəti təlim-məşq toplanışına başlayıb.
"Report" Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Vladiqafqaz toplanışını başa vuran yığma bir neçə günlük fasilənin ardından Qubaya yollanıb.
Azərbaycan güləşçiləri ABŞ millisi ilə birgə Şimal bölgəsində təlim-məşq toplanışı keçəcək. Bu gün startı verilən hazırlıq prosesi iyunun 6-dək davam edəcək.
Toplanışda baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev və Kamran Məmmədovun rəhbərliyi altında Eldəniz Əzizli, Elmir Əliyev, Rəşad Məmmədov (hamısı 55 kq), Nihat Məmmədli, Nihad Quluzadə, İlkin Qurbanov, Hüseyn Qəribov (hamısı 60 kq), Murad Məmmədov, Ziya Babaşov, Fərid Baxışlı (hamısı 63 kq), Həsrət Cəfərov, Fərid Xəlilov, Məhəmməd Şükürzadə (hamısı 67 kq), Ülvü Qənizadə, Ruslan Nurullayev (hər ikisi 72 kq), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), Qurban Qurbanov, Tuncay Vəzirzadə (hər ikisi 82 kq), İslam Abbasov, Rafiq Hüseynov (hər ikisi 87 kq), Arif Niftullayev, Murad Əhmədiyev, Məhəmməd Əhmədiyev (hamısı 97 kq), Beka Kandelaki və Sərxan Məmmədov (hər ikisi 130 kq) iştirak edir.
Qeyd edək ki, Quba toplanışı iyulun 17-20-si aralığında Macarıstanda keçiriləcək ilin son reytinq turnirinə, eləcə də sentyabrın 13-21-də Xorvatiyada təşkil ediləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.
Oxşar xəbərlər
Azərbaycan güləşçiləri Rusiyada toplanışa başlayıblar
Azərbaycanın yunan-Roma güləşi millisi Vladiqafqazda toplanışa başlayıb
Azərbaycan güləşçiləri Xorvatiyada ilin ilk reytinq turnirində iştirak edəcəklər
Yunan-Roma güləşi üzrə Azərbaycanın U-23 millisi Avropa çempionatının qalibi olub
Azərbaycan güləşçiləri dünya çempionatında iştirak edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
