

Azərbaycan güləşçiləri Rusiyada toplanışa başlayıblar
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi bu gün növbəti təlim-məşq toplanışına başlayıb.
Bu barədə "Sizinxeber.az"a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yığma mayın 19-dək Rusiyanın Vladiqafqaz şəhərində hazırlıq prosesi keçəcək.
Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı təlim-məşq toplanışında baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Elvin Mürsəliyevin rəhbərliyi altında Elmir Əliyev (55 kq), Nihat Məmmədli, İlkin Qurbanov (hər ikisi 60 kq), Murad Məmmədov, Ziya Babaşov (hər ikisi 63 kq), Həsrət Cəfərov, Fərid Xəlilov, Məhəmməd Şükürzadə (hamısı 67 kq), Ülvü Qənizadə, Ruslan Nurullayev (hər ikisi 72 kq), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev (97 kq) və Beka Kandelaki (130 kq) hazırlıq keçirlər.
Qeyd edək ki, bərpa prosesi keçən milli üzvləri məşqçi Kamran Məmmədovun nəzarəti altında Bakıda məşqləri davam etdirəcəklər.
Oxşar xəbərlər
Azərbaycanın yunan-Roma güləşi millisi Vladiqafqazda toplanışa başlayıb
Azərbaycan güləşçiləri Xorvatiyada ilin ilk reytinq turnirində iştirak edəcəklər
Güləş üzrə Azərbaycan millilərinin 2024-cü ilin ilk turniri üçün heyətləri müəyyənləşib
Avropa çempionatına qatılacaq Azərbaycan güləşçilərinin adları açıqlanıb
Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
