Xocalının azyaşlı sakini: Burada xoşbəxt yaşayacağımıza inanıram
Xocalıya gələn azyaşlı sakin doğma yurdlarında xoşbəxt yaşayacaqlarına inandığını bildirib.
Bunu “Report”un Xocalıya ezam olunan əməkdaşı ilə söhbətində şəhər sakini Aynurə Məmişova deyib.
O, Xocalıda güllə səslərinin uşaqların səsini bir daha batırmayacağına əminliyini vurğulayıb:
“Mən 6-cı sinifdə oxuyuram. Kəndimiz barədə təsəvvürüm ancaq babamın söhbətləri zamanı xəyalımda qurduğum mənzərələrdən ibarətdir. O deyirdi ki, Xocalıda hər yer çox gözəldir, torpaqları bərəkətlidir, havası və suyu çox təmizdir. Burada bizə xoş olacağına, xoşbəxt yaşayacağımıza inanıram.
Televiziya verilişlərində kəndimizi bir neçə dəfə görmüşəm. Sevinirəm ki, kəndimiz müasir, təmiz, səliqəli və abaddır. Əminəm ki, bu yerlərdə güllə səsi körpələrin səsini bir daha batırmayacaq”.
Oxşar xəbərlər
Ballıcaya qayıdan sakin: Yenidən qayğısız günlərimizi yaşayacağıq
Həsənriz sakini: Dövlətin burada bizə yaratdığı şərait ən yüksək səviyyədədir
Cocuq Mərcanlı sakini: Həm kəndimiz azad edildi, həm də qardaş nisgilinə son qoyuldu
Xocalı sakini: Gələcək nəsillər bu günün qürurunu uzun müddət yaşadacaqlar
Şəhid anası: Xoşbəxtəm ki, yeganə oğlumu vətən uğrunda şəhid olacaq dərəcədə vətənpərvər böyütmüşəm
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













