22
may
2025
20:00

yuxarı
Siyəzəndə avtomobil aşıb, bir ailənin 4 üzvü xəsarət alıb

Siyəzəndə avtomobil aşıb, bir ailənin 4 üzvü xəsarət alıb
Bakı-Quba magistral yolunun Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosu xəbər verir ki, Siyəzən rayon sakini, 39 yaşlı Samir Əkbərovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili yolun ortasındakı dəmir arakəsmələrə çırpılıb və aşıb.
Qəza nəticəsində sürücü və onun ailə üzvləri - 35 yaşlı həyat yoldaşı Rəvanə Əkbərova, 16 yaşlı qızı və 10 yaşlı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı DYP tərəfindən araşdırma aparılır.