Azərbaycanın iki boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
sizinxeber.az xəbər saytı

Azərbaycanın iki boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib


Azərbaycanın iki boksçusu Bolqarıstanın paytaxtı Sofiyada davam edən U-23 Avropa çempionatında 1/4 finala yüksəlib.

"Sizinxeber.az" xəbər verir ki, yarışın üçüncü günündə 51 kq-da mübarizə aparan Nicat Hüseynov ilk görüşündə Skott Riçardsla (Uels) döyüşüb.

1/8 final görüşü boksçumuzun 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. Hüseynov 1/4 finalda ispaniyalı Rafael Serrano ilə qüvvəsini sınayacaq.

Murad Allahverdiyev də ilk qarşılaşmasını xeyrinə bitirib. O, Aleksey Koktsikava (İBAB) 3:2 (28:29, 29:28, 30:27, 28:29, 30:27) hesabı ilə qalib gəlib. Allahverdiyevnövbəti mərhələdə Matviy Rajba (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Avropa çempionatında kişi boksçular arasında 1/4 final mərhələsinin görüşləri oktyabrın 16-da keçirəcək.

Oxşar xəbərlər

Azərbaycanın iki boksçusu Bolqarıstandakı turnirdə 1/4 finala yüksəlib
Azərbaycan boksçuları Bolqarıstandakı turnirdə 1/4 finala yüksəliblər
Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
Azərbaycan millisi Bolqarıstanda Avropa çempionatında qüvvəsini sınyacaq
Azərbaycan atleti Avropa çempionatında finala yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər