Britaniya səfiri: Azərbaycan cüdoçuları Parisdə xarüqələr yaradır
sizinxeber.az xəbər saytı

Britaniya səfiri: Azərbaycan cüdoçuları Parisdə xarüqələr yaradır


Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “X” sosial şəbəkəsindəki hesabında azərbaycanlı cüdoçu Zelim Kotsoyevin “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında Olimpiya çempionu olması ilə balı paylaşım edib.

“Report” xəbər verir ki, paylaşımda qeyd edilir: “Cüdoçu Zelim Kotsoyev möhtəşəm performansı ilə Azərbaycanın medal hesabına ikinci qızılı əlavə etdi. Azərbaycanlı cüdoçular Parisdə xarüqələr yaradır”.

Qeyd edək ki, Zelim Kotsoyev 100 kq çəki dərəcəsində yer alan dünya çempionu final mərhələsində gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Kotsoyev olimpiya çempionu olub.

Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiadanın qızıl medalına sahib çıxıb.

Oxşar xəbərlər

Paris-2024: Azərbaycanın daha bir cüdoçusu olimpiya çempionu olub - YENİLƏNİB - 3
Paris-2024: Azərbaycan ikinci medalı təmin edib
Paris-2024: Azərbaycan cüdoçusu finala yüksəlib - YENİLƏNİB - 2
Prezident İlham Əliyev və Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevə zəng ediblər
Paris-2024: Azərbaycan olimpiadada ikinci qızıl medalı qazanıb - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər