Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri Rumıniyada görüş keçiriblər
sizinxeber.az xəbər saytı

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri Rumıniyada görüş keçiriblər


Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) baş katibi Oqtay Atayev beynəlxalq əlaqələr üzrə menecer Tamerlan Hüseynov ilə birlikdə Buxarest şəhərində Rumıniya Üzgüçülük və Müasir Pentatlon Federasiyasının prezidenti Kameliya Alina Potets, həmçinin sözügedən ölkənin üzgüçülük üzrə millisinin baş məşqçisi Silviu Anastase ilə görüşüblər.

ASF-dən “Report”a verilən məlumata görə, görüşdə federasiyaların müxtəlif fəaliyyət istiqamətləri, hədəf və məqsədlər, habelə marketinq və sponsorluq sahələri üzrə planlaşdırılan işləri müzakirə edilib.

Eyni zamanda, federasiyalar arasında mümkün tərəfdaşlıq imkanları və gələcək inkişaf istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Ötən ay Bakıda ASF-nin prezidenti Zaur Əliyev Avropa Su İdmanı Növləri Federasiyasının (European Aquatics) prezidenti Antonio Silva ilə görüşmüşdü. Həmçinin baş katib Oqtay Atayevin Ankarada Türkiyə Üzgüçülük Federasiyasının prezidenti Erkan Yalçın və baş katibi Seçkin Renklibay ilə görüşləri baş tutmuşdu.

Qeyd edək ki, Erkan Yalçın həmçinin Avropa Su İdmanı Növləri Federasiyasının vitse-prezidenti, Kameliya Alina Potets isə büro üzvüdür.

Oxşar xəbərlər

Fərid Qayıbov Avropa Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
AÜF prezidenti: "Avropa Üzgüçülük Federasiyası rəsmiləri ilə geniş və məhsuldar görüş keçirdik"
Avropa Su İdmanı Federasiyasının prezidenti Bakıya səfərinin səbəblərini açıqlayıb
Bakıda üzgüçülük üzrə “Parlaq Ulduz” Uşaq Liqasının III final mərhələsi keçiriləcək
Üzgüçülük üzrə Azərbaycan yığması toplanışa başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle