"Global Media Group" şahmat turniri təşkil edib
"Global Media Group"un tərkibində fəaliyyət göstərən media qurumlarının əməkdaşları arasında şahmat turniri keçirilib.
"Sizinxeber.az"un məlumatına görə, Respublika Şahmat Mərkəzində baş tutan yarış Azərbaycan Şahmat Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunub.
Turnirdə "Sizinxeber.az" İnformasiya Agentliyi, "Global Management" autsorsinq şirkəti, "Baku TV" televiziya kanalı, "Caliber" informasiya-analitik portalı, "Oxu.az" və "Baku.ws" xəbər portallarının əməkdaşları 7 turdan ibarət İsveçrə sistemi əsasında güclərini sınayıblar. Yarışın yekununa əsasən, "Oxu.az" əməkdaşı Zaur Həsənəliyev birinci, "Sizinxeber.az" İnformasiya Agentliyinin əməkdaşı Sənan Ağamalızadə ikinci, "Baku.ws"in təmsilçisi Rəfael Rüstəmov isə üçüncü yeri tutub.
Qaliblər pul mükafatı, sertifikat və Azərbaycan Şahmat Federasiyası tərəfindən təqdim olunan şahmat dəstləri ilə təltif ediliblər. Digər iştirakçılara isə fəal iştiraklarına görə təşəkkürnamələr təqdim olunub.
Oxşar xəbərlər
Dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib
Marneulidə şahmat turniri keçirilib
FHN-in əməkdaşı şahmat yarışında gümüş medal qazanıb
“Baku Open-2025” Beynəlxalq Şahmat Festivalının bağlanış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
