"Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşib
sizinxeber.az xəbər saytı

"Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşib


Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"nın qalibi müəyyənləşib.

"Sizinxeber.az"un xəbərinə görə, marafonda finiş xəttinə kişilər arasında ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub. İkinci yerdə ukraynalı yarışçı Vitaliy Şafar, üçüncü yerdə isə Qırğızıstan təmsilçisi Yrskeldi Akerov qərarlaşıb.

Qadınların mübarizəsində Rusiyadan Elena Tolstykh birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay üçüncü yerin sahibi olub.

Qeyd edək ki, bu il Bakı Marafonu ilk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrutda keçirilən marafona 25 min iştirakçı qatılıb.

Oxşar xəbərlər

"Bakı Marafonu 2026": 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
“Bakı Marafonu 2025”in qalibləri müəyyənləşib - FOTOLENT - YENİLƏNİB
"Bakı Marafonu 2026" başlayır
XİN əməkdaşları "Bakı Marafonu 2026"da iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər