Avropa çempionatı: Azərbaycan güləşçisi Günay Qurbanova bürünc medal uğrunda görüşə çıxacaq
sizinxeber.az xəbər saytı

Avropa çempionatı: Azərbaycan güləşçisi Günay Qurbanova bürünc medal uğrunda görüşə çıxacaq


Azərbaycan güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.

"Sizinxeber.az" xəbər verir ki, idmançı yarımfinalda Mariya Vinnikə (Ukrayna) 2:6 hesabı ilə uduzub.

Bununla da təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada iştirak edəcək.

Xatırladaq ki, bu gün iki yunan-Roma güləşçisi qızıl, biri bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.

Həsrət Cəfərov (67 kq) finalda Murat Fıratla (Türkiyə), Qurban Qurbanov (82 kq) eyni raundda Adlet Tyulyubaevlə (UWW) görüşəcək. Nihat Məmmədli (60 kq) isə üçüncü yeri tutmaq üçün Suner Konunovla (UWW) qarşılaşacaq.

Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.

Oxşar xəbərlər

Azərbaycanın iki qadın güləşçisi Avropa çempionatında mübarizəyə start verir
Azərbaycan güləşçisi Nihat Məmmədli bürünc medal uğrunda qarşılaşmaya çıxacaq
Avropa çempionatı: Həsrət Cəfərovun ardınca Qurban Qurbanov da finala yüksəlib - YENİLƏNİB-2
Avropa çempionatı: Azərbaycan güləşçiləri günü 2 bürünc medalla başa vurublar - YENİLƏNİB-2
Avropa çempionatı: Azərbaycanın üç yunan-Roma güləşçisi qızıl medal uğrunda yarışacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər