Azərbaycanın 16 yeniyetmə qız cüdoçusu Türingiya Kubokunda iştirak edəcək
Martın 21-də Almaniyanın Bad-Blankenburq şəhərində keçiriləcək Türingiya Kubokunda Azərbaycanın 16 yeniyetmə qız cüdoçusu mübarizə aparacaq.
Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
İdmançılar 8 çəki dərəcəsində çıxış edəcəklər. U-18 yaş kateqoriyasında Sunay Salamova, Zəhra Quliyeva (hər ikisi 40 kq), Nigar Heydərzadə, Pərvin Sevxanlı, Fatimə Abdullayeva (hamısı 44 kq), Könül Eyvazlı (48 kq), Tövsiyyə Babayeva (52 kq), Gülnaz Məmmədtağıyeva, Səma Vəlizadə, Yağmur Əhmədzadə (hamısı 57 kq), Nəzakət Vəliyeva, Türkan Məmmədli, Zilan Hüseynli (63 kq), Rəna Əhmədova, Məsumə Məmmədli (hər ikisi 73 kq), Zemfira Əliyeva (+70 kq) tatamiyə çıxacaq.
Turnirdə idmançılara yeniyetmə qızlardan ibarət millinin baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
Oxşar xəbərlər
Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
Azərbaycanın yeniyetmə qız cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
Azərbaycanı Avropa Kubokunda təmsil edəcək cüdoçular müəyyənləşib
İstanbuldakı Avropa Kubokunda Azərbaycanın 38 cüdoçusu mübarizə aparacaq
Azərbaycanın yeniyetmə cüdoçuları Antalyada Avropa Kubokunda iştirak edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
