Nazirlik "Təhsil haqqında" qanuna ediən dəyişikliyə aydınlıq gətirib
Azad olunmuş ərazilərdə minatəmizləmə zamanı həlak olan şəxslərin dövlət və özəl orta ixtisas və ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan ailə üzvlərinin təhsil haqları dövlət büdcəsi hesabına qarşılanacaq.
"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Elm və təhsil nazirliyinin əməkdaşı Cabbar Hüseynli deyib.
O bildirib ki, azad olunmuş ərazilərdə infrastrukturun bərpası, əhalinin geri qayıdışına uyğunlaşmanın təmin edilməsi və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir:
"Bu çərçivədə aparılan mina və partlayıcı maddələrdən təmizləmə işləri mühüm əhəmiyyət daşıyır. Lakin bu fəaliyyətlər zamanı mina partlayışları nəticəsində bədbəxt hadisələr baş vermiş, nəticədə həyatını itirən və ya sağlamlığını itirən şəxslər olub. Bu kimi hallarda zərərçəkmiş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən müvafiq tədbirlər görülmüşdür. Qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən, mina partlayışı nəticəsində zərər çəkmiş şəxslərin ailə üzvləri üçün əlavə sosial təminat mexanizmləri tətbiq olunur. Bu çərçivədə, dövlət və özəl orta ixtisas və ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan şəxslərin təhsil haqları dövlət büdcəsi hesabına qarşılanır".
C.Hüseynli əlavə edib ki, eyni zamanda, qanunvericilikdə edilmiş dəyişikliklərdən əvvəl baş vermiş hadisələr nəticəsində zərərçəkən şəxslərin ailə üzvlərinin də sosial müdafiəsinin təmin olunması üçün əlavə tədbirlərin görülməsi nəzərdə tutulur.
Qeyd edək ki, mayın 5-də "Təhsil haqqında" Azərbaycan Respublikasının qanununda dəyişiklik edilib.
MƏLUMAT YENİLƏNİR
Oxşar xəbərlər
Prezident təsdiqlədi: onların təhsil haqqını dövlət ödəyəcək
Həlak olan minatəmizləyənlərin övladlarının təhsilhaqqını dövlət ödəyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
