Sabahdan şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq
sizinxeber.az xəbər saytı

Sabahdan şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq


Sabahdan IV və VI siniflər üzrə şagird yerdəyişməsi müvəqqəti dayandırılır.

Bu barədə "Sizinxeber.az"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.

Bildirilib ki, Dövlət Agentliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə mayın 17-də IV, 18-də isə VI sinif şagirdləri üçün ölkə üzrə monitorinqlər keçiriləcək.

Monitorinqə hazırlıq prosesinin şəffaf və fasiləsiz təşkili məqsədilə mayın 8-də saat 17:00-dan etibarən IV və VI siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılacaq.

Qeyd edək ki, monitorinq prosesi başa çatdıqdan sonra qeyd edilən siniflər üzrə şagird yerdəyişməsi yenidən aktiv ediləcək.

Oxşar xəbərlər

Sabahdan şagird yerdəyişməsi müvəqqəti dayandırılacaq
Bu gün məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılacaq
Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılıb - YENİLƏNİB
Bu gündən şagirdlərin yerdəyişməsi prosesi dayandırılır
Paytaxt məktəblərində 12 mindən çox şagirdin yerdəyişməsi edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər