Abel Məhərrəmov “Rusiya Elmlər Akademiyasının 300 illiyi” yubiley medalı ilə təltif olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Abel Məhərrəmov “Rusiya Elmlər Akademiyasının 300 illiyi” yubiley medalı ilə təltif olunub.
“Sizinxeber.az”a AMEA-dan verilən məlumata əsasən, medal AMEA-nın Rəyasət Heyətinin iclasında təqdim olunub.
Medalı Rusiya Elmlər Akademiyasının vitse-prezidenti akademik Sergey Aldoşin təqdim edib.
İclasda çıxış edən Sergey Aldoşin AMEA ilə Rusiya Elmlər Akademiyası arasında mövcud əməkdaşlıq əlaqələrinə toxunub, müstəqillik illərində birlikdə bir çox layihələrin həyata keçirildiyini, tədqiqatların aparıldığını söyləyib.
O, akademik Abel Məhərrəmovun kimya sahəsindəki nailiyyətlərinin elm xadimləri tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Oxşar xəbərlər
Gələn ay AMEA-nın ümumi yığıncağı keçiriləcək
AMEA-nın 80 illiyi qeyd ediləcək
AMEA-da yeni şöbələr yaradılıb
AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi hazırlanacaq
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














