Suqovuşan və Sarıcalıdakı məktəblərdə tədris prosesinə başlanılıb
sizinxeber.az xəbər saytı

Suqovuşan və Sarıcalıdakı məktəblərdə tədris prosesinə başlanılıb


Ağdərə rayonu Suqovuşan və Ağdam rayonu Sarıcalı kənd tam orta məktəblərində tədris prosesinə başlanılıb.

"Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. 

Bu gün Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Suqovuşan və Sarıcalı kənd tam orta məktəblərində tədris vəziyyətinə baxış keçirib.

Qeyd edək ki, Ağdərə rayonu Suqovuşan kənd tam orta məktəbi 144 şagird yerlikdir.Məktəbdə 12 sinif otağı, kitabxana, fizika -kimya laboratoriyası, yeməkxana, akt zalı və inzibati heyət üçün iş otaqları var.

Ağdam rayonu Sarıcalı kənd tam orta məktəbi isə 360 şagird yerlikdir. 14 sinif otağı olan məktəbdə tədris prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada laboratoriyalar, texnologiya, biologiya və informatika otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.

Bununla yanaşı, məktəblər üçün nəzərdə tutulan ərazidə idman meydançası inşa olunub, oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.

Oxşar xəbərlər

Sarıcalı kənd məktəbində 360 şagird təhsil alacaq
Sarıcalı kənd məktəbində 360 şagird təhsil alacaq - FOTO
Bərdə, Quba və Ucarda məktəb açılışı olub
Cəbrayılda Mehdizadə adına məktəbdə pedoqoji heyət formalaşıb - FOTO
Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər