Sarıcalı kənd məktəbində 360 şagird təhsil alacaq - FOTO
Ağdam rayonunda Sarıcalı kənd tam orta məktəbində 360 şagird təhsil ala biləcək.
Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, 14 sinif otağı olan 360 şagird yerlik məktəbdə təhsil prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi şərait yaradılıb.
Otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada laboratoriyalar, texnologiya, biologiya və informatika otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.
Məktəbin ərazisində idman meydançası inşa olunub. Bu meydançadan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.
Xatırladaq ki, martın 27-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kənd tam orta məktəbinin binasının açılışında iştirak ediblər.
Oxşar xəbərlər
Sarıcalı kənd məktəbində 360 şagird təhsil alacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident və birinci xanım Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəbrayılda Mehdizadə adına məktəbdə pedoqoji heyət formalaşıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












