On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb
sizinxeber.az xəbər saytı

On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb


Salyan rayon sakini Aylin Babayeva ABŞ-nin Boston şəhərində riyaziyyat fənni üzrə olimpiadaya vəsiqə qazanıb.

“Report”un Aran bürosu xəbər verir ki, Aylin bundan əvvəl riyaziyyat fənni üzrə yerli və beynəlxalq olimpiadalarda uğurlara imza atıb.

O, rayonun Çuxanlı kəndində yaşayır, Salyan şəhər tam orta məktəbin 5-ci sinfində oxuyur.

“Dördüncü sinifdən yerli və beynəlxalq olimpiadalarda iştirak edirəm. Gümüş medallara layiq görülmüşəm. Sonralar mütəmadi olaraq yarışlara qatıldım”, - A.Babayeva bildirib.

Hazırda on bir yaşlı məktəbli 44 qızıl, 4 gümüş, 2 bürünc medala sahibdir. Bir neçə kuboka sahib çıxmaqla bərabər, 300-ə yaxın sertifikat və diplomla mükafatlandırılıb.

O, sonuncu dəfə ötən ilin dekabrın 27-də Bakıda keçirilən MathXCELvə CogATXCEL adlı beynəlxalq olimpiadaya qatılıb. 44 ölkə arasında keçirilən olimpiadada 96 mümkün baldan 89 bal toplayaraq gümüş medala layiq görülüb və okeanın o tayında finalda iştirak etmək hüququ qazanıb.

A.Babayeva ABŞ-dən sonra iyulda Sinqapurda keçiriləcək riyaziyyat fənni üzrə olimpiadaya hazırlaşır.

Oxşar xəbərlər

Azərbaycan gimnastı Avropa çempionatında gümüş medala sahib olub
Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü pillədə qərarlaşıb
Azərbaycan güllə atıcıları dünya çempionatında tarixi nəticəyə imza atıb
Azərbaycan güləşçisi Avropa çempionatının qızıl medalını qazanıb
Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər