Şəki rayonundakı "Şəki Yaylası" istirahət mərkəzindən sentyabrın 8-i saat 14:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinçağırış qeydə alınıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, bu gün günorta saatlarında Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində kanat qırılıb. Nəticədə 2 nəfər yüksəklikdən düşərək həyatını itirib. Ölənlərdən biri Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədovdur. Onun Bakıdan Şəkiyə istirahət məqsədilə gəldiyi bildirilir.