Çin zondu Ayın əks tərəfində süxur nümunələri toplayaraq havalanıb
sizinxeber.az xəbər saytı

Çin zondu Ayın əks tərəfində süxur nümunələri toplayaraq havalanıb


Tarixdə ilk dəfə Ayın əks tərəfindən süxur toplamış Çinin “Çane-6” zondu Yer kürəsinin peykindən havalanıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ölkənin “Xinhua” agentliyi məlumat yayıb.

“Çərşənbə axşamı səhər Çinin “Çane-6” zondu insanlıq tarixində ilk dəfə olaraq Yerin təbii peykinin əks tərəfindən toplanmış süxur nümunələri ilə Ayın səthindən havaya qalxıb. “Çane-6” uçuş modulu Ay ətrafındakı əvvəlcədən müəyyən edilmiş orbitə daxil olub”, – məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, daha əvvəl sözügedən zondun Ayın əks tərəfindəki Cənub Qütbü-Eytken bölgəsinə endiyi bildirilmişdi.

Oxşar xəbərlər

NASA Marsın tədqiqini dayandırdı
 AZAL Novruz bayramı ərəfəsində Avropaya uçuşların sayını artırır
Vəd edilən sosial yardımlar gecikdi - Nazirlik susur
SEPAH bəyanat yaydı: “Bu, iki generalın öldürülməsinə cavabdır”
NASA narahatdır: Aya enən "Peregrine" ilə bağlı problem yaranıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər