Azərbaycan və Qazaxıstan təhsil sahəsində əməkdaşlığı gücləndirir
Azərbaycan Qazaxıstan universitetləri ilə sıx əlaqələrə malikdir.
“Sizinxeber.az” xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev Bakıda keçirilən dəyirmi masada bildirib.
"Qazaxıstan universitetlərinin rektorlarını salamlamağa şadam. Ümid edirəm ki, əməkdaşlığımızı daha da gücləndirmək imkanımız olacaq", - o qeyd edib.
Qeyd edək ki, ADA Universitetində Azərbaycan və Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə həsr olunmuş dəyirmi masa keçirilir. Tədbirdə Qazaxıstanın 22 universitetinin rektorları iştirak edirlər. Dəyirmi masa və panel müzakirələrinin sonunda universitetlər arasında ali təhsil sahəsində əməkdaşlığa dair 17 sənədin imzalanması gözlənilir.
Oxşar xəbərlər
Nazir: Azərbaycan və Qazaxıstan təhsil sahəsində əməkdaşlığı genişləndirməlidir
Səfir: Astana Bakı ilə təhsil sahəsində əməkdaşlığın gücləndirilməsini hədəfləyib
Səfir: Qazaxıstan-Azərbaycan münasibətləri bütün sahələrdə yüksək səviyyədədir
Azərbaycanla Qazaxıstan təhsil sahəsində oxşar hərəkət modelindən istifadəyə qərar verib
Ərəb fondları Qazaxıstan iqtisadiyyatına 7 milyard dollar sərmayə qoymağı planlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













