MÜTDA 8 Martla bağlı çağırış edib
sizinxeber.az xəbər saytı

MÜTDA 8 Martla bağlı çağırış edib


Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrə təlimat göndərib, müvafiq tapşırıqlar verib. 

"Sizinxeber.az" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. 

Qeyd olunub ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada maddi və qeyri-maddi nemətlərin, qiymətli hədiyyələrin verilməsi, bu məqsədlə pul yığılması və sair halların baş verməsi yolverilməzdir.

Məlumata görə, məsələyə ciddi nəzarət edilməsi, hər hansı neqativ hallara yol verilməsinin qarşısının dərhal alınması və müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək.

Oxşar xəbərlər

Dövlət Agentliyi: Müəllimlər günü ilə əlaqədar pul yığılması yolverilməzdir
Müəllimlər Günü ilə bağlı məktəblərə təlimat göndərilib: "Pul yığılması yolverilməzdir"
Yağıntılı hava məktəblərdə davamiyyətə təsir etməyib - RƏSMİ
Dövlət Agentliyi məktəbli formaları ilə bağlı valideynlərə çağırış edib
MÜTDA I sinfə qəbulla əlaqədar valideynlərə çağırış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər