sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Tovuzda 71 nəfərin tüstüdən zəhərləndiyi məktəbdə tədris prosesi bərpa olunub
Tovuz rayonunda 71 nəfərin tüstüdən zəhərləndiyi Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində tədris prosesi bərpa olunub.
"Report" xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, ötən gün sobalara baxış keçirilib, problem aradan qaldırılıb və istilik təmin olunub.
"Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov təhsil müəssində olub davamiyyət və tədris prosesi ilə maraqlanıb. Hazırda təhsil sektorunun əməkdaşları da məktəbdədir. Vəziyyət nəzarətdə saxlanılır", - deyə məlumatda bildirilib.
Oxşar xəbərlər
Nazirlik: Tovuzda məktəbdə şagirdlərin tüstüdən zəhərlənməsi ciddi nəzarətdədir
Tovuzda orta məktəbdə tüstüdən kütləvi zəhərlənmə olub - YENİLƏNİB
Tovuzda məktəbdə şagirdlər zəhərlənib - YENİLƏNİB
Tovuzda məktəbdə baş verən hadisə nazirliyin nəzarətindədir - RƏSMİ
Təhsil idarəsi: Sobada baş verən tüstülənməyə görə 20-yə yaxın şagird özünü pis hiss edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













