Agentlik: Müəllif hüququ ilə qorunan obyektdən reklamda istifadə etmək üçün yaradıcısından icazə alınmalıdır
- 15-10-2024, 17:00
- Elm və təhsil
- 0
- 969
Müəllif hüququ ilə qorunan obyektdən reklamda qanuni şəkildə istifadə etmək üçün əsərin yaradıcısı müəyyənləşdirilməli və ondan icazə alınmalıdır.
Bu barədə reklamlarda müəllif hüquqlarının qorunması ilə əlaqədar proseslərin tənzimlənmə məsələsi ilə bağlı "Sizinxeber.az"un sorğusuna cavab olaraq Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.
Bildirilib ki, reklamlarda müəllif hüquqlarının qorunması dedikdə, buraya reklam çarxları, fotolar, mətnlər, afişalar, plakatlar, stendlər və s. daxildir:
"Reklamda istifadə olunan mətn, video, dizayn, musiqi əqli fəaliyyətin nəticəsidir. Onların müəllifləri var. Müəllif hüququ ilə qorunan obyektdən reklamda qanuni şəkildə istifadə etmək üçün əsərin yaradıcısını müəyyənləşdirmək və ondan reklamda istifadə etmək üçün icazə alınmalıdır".
Məlumatda vurğulanıb ki, müəlliflər xüsusi müqavilələr bağlamaq yolu ilə öz əsərlərinin istifadə hüquqlarını birbaşa reklam verənə və ya reklam edən şəxsə keçirə bilərlər:
"Reklamlarda müəlliflik hüququnun tələbləri pozulduğu halda müəllif və hüquq sahibləri Əqli Mülkiyyət Agentliyinə və ya birbaşa məhkəməyə müraciət edə bilərlər. Agentlikdə müəlliflərə və hüquq sahiblərinə hüquqi yardım edilir və müvafiq məsləhət verilir. Mübahisələr məhkəmə səviyyəsində baxıldıqda Agentlik üçüncü şəxs qismində məhkəmə işinə cəlb oluna bilər".


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />