Nazir: Bu tədris ilində Cəbrayıl və Kəlbəcərdə yeni məktəblərin açılışı planlaşdırılır
sizinxeber.az xəbər saytı

Nazir: Bu tədris ilində Cəbrayıl və Kəlbəcərdə yeni məktəblərin açılışı planlaşdırılır


Azərbaycanın suverenliyinin tam bərqərar olmasından sonra ilk tədris ilidir.

"Sizinxeber.az"un Şuşaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu sentyabrın 16-da Şuşa şəhəri 1 saylı tam orta məktəbdə ilk dərs günündə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev deyib.

E.Əmrullayev çıxışında cari tədris ilində işğaldan azad edilən ərazilərdə açılacaq yeni məktəblərdən də bəhs edib:

"Azərbaycanın suverenliyinin tam bərqərar olmasından sonra ilk tədris ilidir. Bir neçə gündən sonra Xankəndidə də məktəb açılışımız olacaq. Bu tədris ilində Cəbrayıl və Kəlbəcər şəhərlərində, eyni zamanda, bir sıra kəndlərimizdə yeni məktəblərimizin açılışı planlaşdırılır. Hər bir məktəb açılışı yüzlərlə ailəyə sevinc bəxş edir".

Oxşar xəbərlər

Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur
Emin Əmrullayev: Azərbaycanda ilk dünyəvi məktəb XIX əsrdə məhz Şuşada açılıb
Bu gün 132 mindən çox uşaq birinci sinfə gedəcək
Bu gündən Azərbaycanda yeni dərs ili başlayır
Bu gün Azərbaycanda ilk dərs günüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər