Elm və təhsil naziri Xocalıda məktəbin açılışında olub
Elm və təhsil naziri Emin Əmrullayev Xocalıda məktəb açılışında iştirak edib.
"Report"un Xocalıya ezam olunan əməkdaşının məlumatına görə, nazir Emin Əmrullayev Xocalı şəhər 1 saylı tam orta məktəbin açılışında olub.
32 illik fasilədən sonra Xocalıya köçürülən sakinlər ilk tədris ilini yenidən qurulan və ən müasir tələblərə cavab verən yeni tədris binasında keçirəcəklər.
Nazir öz çıxışında məktəb kollektivini bu münasibətlə təbrik edib və onlara uğurlar arzulayıb.
Qeyd edək ki, Xocalı şəhər 1 saylı tam orta məktəbi 132 şagird yerlikdir. Məktəbəhazırlıq qrupunda beş, I sinifdə səkkiz, II-XI siniflərdə isə 21 şagird olmaqla, ümumilikdə 34 şagird tədrisə başlayıb. Məktəbdə dərslər 16 müəllim tərəfindən tədris ediləcək.
Oxşar xəbərlər
Bakıda 6 məktəb əsaslı təmirlə bağlı köçürülüb
Bu gün 132 mindən çox uşaq birinci sinfə gedəcək
Kahramanmaraşda Heydər Əliyev adına məktəbin açılışı olub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişlidə ağır qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
"Qarabağ" Zakira Savonu transfer edib
