Emin Əmrullayev Qusarda tədris prosesi ilə tanış olub
Aprelin 17-də elm və təhsil naziri Emin Əmrullayev Qusar rayonuna səfəri çərçivəsində şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbində olub.
Bu barədə Sizinxeber.az-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir məktəbdə yaradılmış şəraitlə tanış olub, tədris prosesini izləyib, dərs mühiti, müəllim və şagirdlərin fəaliyyəti ilə maraqlanıb, şagirdlərlə maraq dairələri və gələcək planları barədə söhbət aparıb. Eyni zamanda tədrisin keyfiyyətinin artırılması istiqamətində məktəbdə görülən işlər barədə nazirə məlumat verilib. Məktəbdə şagirdlərin əl işlərindən təşkil olunmuş sərgiyə baxış keçirilib, onların yaradıcılıq qabiliyyətləri və əldə etdikləri nailiyyətlər yüksək qiymətləndirilib.
Nazir həmçinin müəllim kollektivi ilə görüşərək tədrisin keyfiyyətinin artırılması, müasir tədris metodlarının tətbiqi və şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparıb, müvafiq tövsiyə və tapşırıqlarını çatdırıb.
Oxşar xəbərlər
Emin Əmrullayev Qusarda məktəbdə olub, tapşırıqlar verib
Nazir Milli Qəhrəman Natiq Qasımov adına Mingəçevir şəhər məktəbində olub
Nazir müavini Firudin Qurbanov Ağalıda olub
Nazir müavini Firudin Qurbanov Göygöldə olub
Emin Əmrullayev Rusiyanın maarif naziri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
“Zərbə endirəcəyik, qarşısını ala bilməyəcəklər” - Tramp
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
